Naxçıvanda COP29-la bağlı infosessiya təşkil olunub
COP29-la bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər üçün infosessiya təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, infosessiyada ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, “Suraxanı Oil” Əməliyyat Şirkətinin Ümumi İşlər Departamentinin direktoru Rəşad Qasımov və beynəlxalq səviyyəli ekspert, “Balaxanı Oil” və “Suraxanı Oil” əməliyyat şirkətlərinin COP29 üzrə layihə meneceri Çingiz Məmmədov iştirak ediblər.
X.Mustafayev “Balaxanı Oil” və “Suraxanı Oil” əməliyyat şirkətləri ilə olan əməkdaşlıqdan söz açıb, iqlim dəyişiklikləri ilə mübarizədə strateji planlardan, muxtar respublikada bu istiqamətdə həyata keçirilən layihələrdən və gələcək perspektivlərdən danışıb.
“Balaxanı Oil” və “Suraxanı Oil” əməliyyat şirkətlərinin COP29 üzrə layihə meneceri Çingiz Məmmədov təqdimatla iştirakçılara planetdə minilliklər ərzində iqlim və temperatur dəyişmələri, istixana qazlarının bu prosesdə rolu, BMT İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyası, Konvensiyaya qoşulmuş dövlətlər və mövzu ətrafında digər məsələlər barədə məlumat verib.
İnfosessiya zamanı COP29-un əhəmiyyəti və qlobal iqlim dəyişiklikləri mövzusu ətrafında da geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda iştirakçılara COP29-la bağlı hazırlanan videoçarxlar nümayiş olunub.
Oxşar xəbərlər
Naxçıvanda COP29-la bağlı konfrans keçirilir
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub
Çin səfiri ilə COP29-a hazırlıq müzakirə olunub
Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə COP29-a hazırlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












