Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və İdarəetmə Məktəbinin tələbələri ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Səfirlikdə keçirilən görüşdə bu ölkədəki səfirimiz Məmməd Talıbov müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, dövlət müstəqilliyinin bərpa edilməsindən bəhs edib. Diplomat həmçinin müstəqilliyimizin ilk illərində qarşıya çıxan çətinliklər, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan dövlətinin quruculuğu istiqamətində müstəsna rolu, eləcə də ulu öndərin uzaqgörənliyi və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklər barədə tələbələrə məlumat verib.
Səfir həmçinin çıxışında erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, davam edən sülh prosesi, ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, mövcud mina təhlükəsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının həyata keçirilməsi istiqamətində atılan addımlar haqda məlumat verib.
Ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər, BMT-dən sonra ən iri təşkilat olan Qoşulmama Hərəkatına, BMT Təhlükəsizlik Şurası və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi barədə tələbələri məlumatlandıran diplomat, bu gün yaşıl enerjiyə keçidi prioritet olaraq müəyyən edən Azərbaycanın COP29-a ev sahibliyi və görülən fəal hazırlıq işlərindən söz açıb.
Bundan əlavə Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib, həmçinin tələbələr tərəfindən ünvanlanan çoxsaylı suallar cavablandırılıb.
Oxşar xəbərlər
Meksika kanalında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib
Meksika COP29-da iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
