Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir
sizinxeber.az xəbər saytı

Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir


Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər çox vacibdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, dünya ölkələri baş verən təbii fəlakətlərə qarşı tədbirli olmalı, öz əhalisini bu istiqamətdə maarifləndirməlidir:

"COP29 çərçivəsində baş verə biləcək iqlim fəlakətlərinə hazırlıq məsələsini müzakirə etməliyik. Dünya ölkələri BMT-nin iqlimlə bağlı qətnamələrinə dəstək verməlidir. Biz bu istiqamətdə çox işləməliyik ki, insanlara və təbiətə dəyən ziyanı azaldaq".

O həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək təbii fəlakətlərlə mübarizədə alətlərin azlığı narahatedici məqamdır:
"Düşünürəm ki, yeni alətlər tapmalıyıq. Məsələn, Qırğızıstanda təbii fəlakət baş verərkən insanlar nə etməli olduqlarını bilmirdilər. Bu cür hadisələrin mənfi nəticələri ilə mübarizə aparmalıyıq".

Oxşar xəbərlər

Françesko Korvaro: Dünya dövlətləri iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalıdır
Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycan iqlim şəffaflığı üzrə vahid platforma yaratmağa çalışır
Qazaxıstan Prezidentinin müşaviri: Hesabatlarda şəffaflıq iqlim səylərində irəliləyişi izləmək üçün çox vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər