Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik
sizinxeber.az xəbər saytı

Braziliyalı nümayəndə: Biz COP29-da konsensusun əldə olunmasını gözləyirik


Biz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yaxşı nəticələr gözləyirik.

“Sizinxeber.az” xəbər verir ki, bunu Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndəsi Andre Korrea do Laqo Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.

"Təəssüf ki, bu gün əksər insanlar çoxtərəfliliyin nail ola bilmədiyi şeylərə diqqət yetirirlər. Biz keçirdiyimiz tədbir çərçivəsində çoxtərəfliliyin gücləndirilməsini təmin etməliyik. Düşünürəm ki, biz hər zaman ötən il Birləşmiş Ərəb Əmirliklərində (COP28 çərçivəsində) əldə edilmiş konsensusun əhəmiyyətini vurğulayacağıq. Bakıda da oxşar nəticə gözləyirik", - o bildirib.

A.Laqo qeyd edib ki, çoxtərəfliliyin gücləndirilməsi üçün hər şey edilməlidir və bu məsələdə Braziliyaya ümid etmək olar.

Oxşar xəbərlər

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
Saymon Stil: Qlobal əməkdaşlıq nəticələr əldə etməyin yeganə yoludur
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər