Naxçıvanda COP29-a həsr olunan tədbir keçirilib
Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən maarifləndirmə işləri davam etdirilir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, sentyabrın 9-da bu münasibətlə keçirilən tədbirdə muxtar respublikanın ədliyyə naziri vəzifələrini icra edən nazir müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli qurumların və bələdiyyələrin vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə Naxçıvan şəhər icra hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev və muxtar respublika ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov çıxış edərək COP-un növbəti iclasının Azərbaycanda keçirilməsinin yaşıl və təhlükəsiz gələcək üçün əhəmiyyətini vurğulayıblar.
Daha sonra Naxçıvan Televiziyasının COP-la bağlı hazırladığı videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici broşürlər paylanıb.
Oxşar xəbərlər
Naxçıvanda bu ilin ilk yarısında hüquqi və fiziki şəxslərə 9 milyon manat ödətdirilib
Goranboy icra başçısının müavini işdən çıxarılıb
Göyçayda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
