Göyçayda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
sizinxeber.az xəbər saytı

Göyçayda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR


Dekabrın 14-də Göyçay rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin birgə  təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir keçirilib.
"Məişət zorakılığının qarşısının alınması", "Erkən və yaxın qohumlar arası nikahın mənfi təsirləri " və “Ailə dəyərlərinin qorunması" mövzularının müzakirəsinə həsr edilmiş tədbirdə Göyçay rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, DQİDK-nin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşı Əzim Rəfiyev, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə mövzu ilə bağlı film və sosial video çarxlar nümayiş olunub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Z.Zeynalova, DQİDK-nin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, rayonun qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, din xadimlərindən R.Kazımov və M.Əsgərov  məişət zorakılığının  qarşısının alınması və ailə dəyərlərinin qorunması məqsədilə cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasından  bəhs ediblər.
Qeyd edilib ki, belə müzakirələr zorakılığın qarşısının alınması, zərərçəkənlərin hüquqlarının qorunması və bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasına imkan verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxslər cərimələndi
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
İcra başçısını təhqir edən şəxs həbs edildi
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər