Naxçıvanda bu ilin ilk yarısında hüquqi və fiziki şəxslərə 9 milyon manat ödətdirilib
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində İcra və probasiya şöbəsinin və yerli icra və probasiya qurumlarının əməkdaşlarının iştirakı ilə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində 2024-cü ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
"Sizinxeber.az"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən nazirliyin İcra və probasiya şöbəsinin rəisi İntiqam Vəliyev hesabat dövrü ərzində icra xidmətinin fəaliyyətinə dair görülən işləri qeyd edib.
Bildirib ki, məhkəmə qərarları icra və probasiya qurumlarının icraatına daxil olan vaxtdan icra məmurları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq icra hərəkətləri həyata keçirilir.
İ.Vəliyev qeyd edib ki, icradan yayınan və icra məmurunun qanuni tapşırıqlarını yerinə yetirməyən borclular barəsində təsirli tədbirlər görülməklə icra sənədlərinin icrası başa çatdırılmalıdır.
İcra və probasiya şöbəsinin rəis müavini Rəşad Allahverdiyev çıxışında qeyd edib ki, 2024-cü ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 4842-ə çatıb. Onlardan 2614 işin icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 9 milyon 189 min 418 milyon manat vəsait ödətdirilib.
Oxşar xəbərlər
Naxçıvanda Probasiya sahəsində daxil olan işlərin sayı 62%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə vəzifəli şəxs xidməti otağında ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Gürcüstan arasında probasiya sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Baş Gömrük İdarəsində altı ayın yekunları müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












