Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər


Bakıda Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər