"Fitch": Qətərdən LNG tədarükündəki fasilələrə görə Avropada qaz qiymətləri artacaq
“Fitch Ratings” Hörmüz boğazı vasitəsilə Qətərdən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündə yaranan fasilələr səbəbindən 2026–2027-ci illər üzrə Avropada təbii qaz qiymətləri ilə bağlı proqnozlarını yüksəldib.
“APA-Economics” xəbər verir ki, reytinq agentliyi Hörmüz boğazının təxminən iyul ayında yenidən açılacağını ehtimal edir.
“Fitch”in qiymətləndirməsinə görə, bu müddət ərzində Qətər LNG ixracının məhdudlaşması Avropanın əsas qaz göstəricisi olan TTF (Title Transfer Facility) üzrə qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olacaq.
Agentlik hesab edir ki, boğaz iyul ayında açılsa belə, Avropa qaz bazarında gərginlik 2026-cı ilin sonunadək davam edəcək.
Reytinq agentliyi TTF üzrə 2026-cı il üçün qiymət proqnozunu 1 000 kubmetr üçün 424 ABŞ dollarından 495 ABŞ dollarına, 2027-ci il üçün isə 247 ABŞ dollarından 318 ABŞ dollarına artırıb.
Bununla yanaşı, Fitch ABŞ-ın əsas qaz göstəricisi olan “Henry Hub” üzrə qiymət proqnozunu dəyişməyib. Agentlik bunu ABŞ-da əlavə LNG mayeləşdirmə güclərinin məhdud olması və yerli istehsalçıların digər regionlarda yüksək qaz qiymətlərindən tam yararlana bilməməsi ilə izah edib.
Oxşar xəbərlər
"Fitch": Hörmüz gərginliyi ilə bağlı neftin qiyməti iyula kimi 110 dollar civarında olacaq
“Fitch” Avropada təbii qazın qiyməti üzrə proqnozunu açıqlayıb
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Avropada təbii qaz tədricən ucuzlaşacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
