Dünyada balıqçılıq sektorunda mövcud problemlər açıqlanıb
sizinxeber.az xəbər saytı

Dünyada balıqçılıq sektorunda mövcud problemlər açıqlanıb


Qlobal miqyasda akvakultura və balıqçılıq sektoru sürətlə inkişaf edir, amma əsas məsələ bu sektorda sağlam məhsulun yetişdirilməsidir.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) balıqçılıq və akvakultura üzrə beynəlxalq məsləhətçisi Tomas Aşley Şipton “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunmuş "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə bildirib.

Onun sözlərinə görə, akvakultura təmiz sularda həyata keçirilsə, bu sularda yetişdirilən heyvanlar da sağlam olur: "Əsas diqqət balıqçılıq məhsullarının emal prosesini düzgün həyata keçirilməsinə yönəlməlidir".

Qonaq əlavə edib ki, akvakultura bir qədər fərqli sahədir: "Balıqlar və ya digər su heyvanları az ərazidə və yaxud az miqdarda suda çox sayda saxlanılır, böyüdülür. Bu isə müxtəlif xəstəliklərin yaranmasına və yayılmasına səbəb olur. Bu zaman istehsalçılar kimyəvi maddələrdən istifadə etməyə meylli olurlar. Nəticədə qida emalı zamanı son məhsulun çirklənmə riski olduqca yüksək olur. Məsələn, bakteriyalarla bağlı problemlər müşahidə olunur. Bu bakteriyaların bəziləri suyun özündə-yəni, su təsərrüfata daxil olan zaman onunla birlikdə ola bilər. Digərləri isə insanlardan və yaxud materiallardan təsərrüfata daxil olur. Viruslar da problemlərə səbəb ola bilər.

Hazırda akvakultura sahəsində əsas məsələlərdən biri kimyəvi maddələrin, xüsusilə antibiotiklərin istifadəsi, bunun ətraf mühitə yaratdığı problemlərdir. Uzun illər biz akvakulturada antibiotik istifadəsini xeyli azaltmışıq və bu sahədə irəliləmişik. Amma düşünürəm ki, xüsusilə sistemlərini sürətlə inkişaf etdirməyə çalışan ölkələrdə düzgün hüquqi çərçivə olmadıqda, fermerlər antibiotikləri hər şey üçün universal həll kimi istifadə etməyə meylli olurlar. Əsas məsələ sağlam heyvan yetişdirilməsini təşviq edən bio-təhlükəsiz təsərrüfatların qorunmasıdır. Çünki heyvanlar sağlam olduqda xəstəliklər yayılmır, istədiyimiz artım sürətini əldə edirik".

Oxşar xəbərlər

Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Assosiasiya: Balıqçılıq və akvakulturaya özəl sektorun cəlbi yeni mərhələnin başlanğıcıdır
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirdiyi sahibkarlıq subyektlərinin sayı 75 %-ə yaxın artıb
Nazir: "Balıq məhsullarının istehsalı tələbatı tam ödəmək üçün yetərli deyil"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər