Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə balıqçılıq təsərrüfatların uçotunun aparılması məqsədilə, ölkədə faktiki fəaliyyət göstərən və uçotda olmayan akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndirilməklə monitorinqlərinin aparılması ilə bağlı tədbirlər görəcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni yaradılmış Balıqçılıq və Akvakultura Mərkəzi dövlət qeydiyyatına alındığı günə qədərf hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirməlidir.

Oxşar xəbərlər

Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək
Nazir: "Balıq məhsullarının istehsalı tələbatı tam ödəmək üçün yetərli deyil"
Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər