FAO: Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin ekosistemlərindən biridir
- 22-05-2025, 22:00
- ASK
- 0
- 3 706
Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin, eyni zamanda ən çox təhlükə altında olan ekosistemlərindən biri sayılan Qafqaz ekoloji regionunun bir hissəsidir.
"Report" xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat beynəlxalq biomüxtəlifliyə həsr olunmuş günlə bağlı müraciətində bildirib.
Onun sözlərinə görə, qlobal əhəmiyyətə malik buğda, arpa, kartof və tərəvəz kimi ərzaq məhsullarının becərilən məkanı olmaqla yanaşı, bənzərsiz ekoloji müxtəlifliyi ilə tanınan Azərbaycan regionun ən biomüxtəlif ölkələrindən biri olaraq qalır:
"Azərbaycanın təbiəti uca dağlardan tutmuş düzənliklərə, çaylara, bataqlıqlara, göllərə və Xəzər dənizi 800 kilometrlik sahilinə qədər uzanır. Bu müxtəlif landşaftlar rütubətli subtropik zonalardan quru subtropik zonalara və mülayim iqlimlərə qədər bir sıra mikroiqlim və yaşayış mühitini dəstəkləyir. Bu kompleks ekosistem mozaikası Azərbaycanın zəngin təbii irsinin əsasını təşkil edir.
Lakin bu təbii irs artan təzyiqlərlə üz-üzədir. Davamlı olmayan torpaq istifadə üsulları, infrastruktur layihələri, qanunsuz ov və balıqçılıq, çirklənmə, meşə yanğınları, invaziv növlər və iqlim dəyişikliyi ekosistemlərin deqradasiyasına və növlərin itirilməsinə səbəb olur. Azərbaycanda biomüxtəlifliyin azalması yalnız təbiətin qorunması ilə bağlı deyil, həm də ölkənin dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və iqlimə davamlılığı baxımından ciddi çağırışdır".
FAO rəsmisi əlavə edib ki, Azərbaycanda biomüxtəlifliyin itirilməsinə qarşı cavab tədbirlərindən biri mühafizə olunan ərazilərin genişləndirilməsidir: "Hazırda ölkənin təxminən 10,3 %-ni əhatə edən geniş mühafizə olunan ərazi şəbəkəsi mövcuddur. Bu şəbəkəyə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı daxildir ki, hər biri unikal növlərin və ekosistemlərin qorunmasında mühüm rol oynayır. Mühafizə olunan ərazilər şəbəkəsi daxilində biomüxtəlifliyin həm zənginliyini, həm də qorunma çətinliklərini nümayiş etdirən iki nümunəvi ərazi — Şirvan və Hirkan milli parklarıdır".
O vurğulayıb ki, yarımsəhra iqliminin hökm sürdüyü cənub-şərqdə yerləşən Şirvan Milli Parkında Qızılqaz adlı süni su hövzəsi yerləşir:
"Bu göl qlobal quş miqrasiyasında mühüm rol oynayır. Hər il bu süni bataqlıqlar on minlərlə miqrasiya edən quş üçün müvəqqəti dayanacaq olur. Bu quşlar — sahil quşları, flaminqolar, ördəklər, qazlar və qutanlar — miqrasiya marşrutlarında məhz Azərbaycanın bataqlıqlarına istirahət və qida mənbəyi kimi ehtiyac duyurlar. Bu, Azərbaycanın qlobal quşların mühafizəsindəki məsuliyyətini vurğulayır. Cənubda yerləşən Hirkan Milli Parkı isə qədim Hirkan meşələrini qoruyur və bu ərazi qlobal biomüxtəliflik baxımından əvəzolunmazdır. Hirkan meşələri 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Park həmçinin bölgənin bioloji müxtəlifliyini dəstəkləyən vacib su mənbəyi olan Xanbulan gölünü də əhatə edir. Bu ekosistemlər nəsli kəsilməkdə olan və endemik növləri qoruyur və su dövriyyəsi, iqlimin tənzimlənməsi kimi ekosistem xidmətləri göstərir".
"Bütün bu uğurlara baxmayaraq, mühafizə olunan ərazilər hələ də xarici təzyiqlər, institusional resursların məhdudluğu və idarəetmə çağırışları ilə üzləşir. Bunu nəzərə alaraq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən "Biomüxtəlifliyin Mühafizəsi və Davamlı İstifadəsi: İdarəetmənin Təkmilləşdirilməsi Yolu ilə Azərbaycanın Xüsusi Mühafizə Olunan Ərazilər Sisteminin Gücləndirilməsi" adlı layihə həyata keçirilir", - o qeyd edib.
N.Hayat deyib ki, Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilən bu layihənin məqsədi mühafizə olunan ərazilərin effektivliyini artırmaq və biomüxtəlifliyi qorumaq üçün landşaft yanaşmasını tətbiq etməkdir: "Bu inteqrasiya olunmuş və çoxsektorlu yanaşma yalnız mühafizə olunan ərazilərin daxilində deyil, həm də onların ətrafındakı ekoloji deqradasiyanın səbəblərini aradan qaldırmağa yönəlib. Layihə müxtəlif səviyyələrdə tərəfdaşları bir araya gətirərək ekosistemlərdə, o cümlədən ətraf icmalarda və bufer zonalarında təbiətin qorunmasını dəstəkləyir".


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />