FAO nümayəndəsi: Qlobal aqro-ərzaq sistemlərinə hər il təxminən 1 trilyon dollar investisiya lazımdır
Net sıfır və iqlim davamlılığı hədəflərinə çatmaq üçün qlobal aqro-ərzaq sistemlərinə indidən 2030-cu ilə qədər hər il təxminən 1 trilyon dollar investisiya lazımdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Ceffri Qrifin COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə:dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, dünyada torpaqların 1/3-i deqradasiyaya uğrayıb və hər il 100 milyon hektar kənd təsərrüfatı torpağı deqradasiyaya məruz qalır:
"Kənd təsərrüfatı sabit iqlim, inkişaf edən biomüxtəliflik və sağlam torpaqdan asılıdır. COP29 başa çatdıqca iqlim maliyyələşməsi üzrə ambisiyaları artırmaq və planet üçün işləyən aqro-ərzaq sistemləri həllərinə investisiya qoymaq lazımdır".
Oxşar xəbərlər
FAO: Hər il aqrar sistemlərə 1,1 trilyon dollar investisiya yatırılmalıdır
FAO və Azərbaycan COP29 üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirir
FAO rəsmisi: “Aqro-ərzaq sistemləri ərzaq təhlükəsizliyinə nail olmaq üçün açardır”
FAO: Kənd təsərrüfatı olmadan karbon qazının təsirlərinin azaldılması hədəfinə çatmaq mümkün olmayacaq
Dünya Bankı: Qida sektoruna iqlim dəyişikliyinin təsirini azaltmaq üçün ayrılan vəsait artırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









