"İvanovka Aqropark" 12 milyon manatdan çox kapitalla qeydiyyata alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İvanovka Aqropark" ASC-ni dövlət qeydiyyatına alıb.
"Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni aqropark İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 12 233 650 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 885 manat olan 6 490 ədəd səhm əsasında formalaşıb. Aqroparkın qanuni təmsilçisi müəyyən edilməyib.
Xatırladaq ki, bu ilin fevral ayında İvanovkada fəaliyyət göstərən Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark"a çevrildiyini elan edib. Həmin kolxoz Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib. Müəssisə ölkədə yeganə kolxoz olub.
Oxşar xəbərlər
Azərbaycanın yeganə kolxozu aqroparka çevrilir
İvanovka kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM
"Azərkosmos" 1 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
