Səməd Bəşirli: "Azərbaycanda mövcud torpaqlarda məhsuldarlığın artırılması prioritet olmalıdır"
Azərbaycanda yeni əkin sahələrinin genişləndirilməsi əvəzinə, mövcud torpaqlarda məhsuldarlığın artırılması prioritet olmalıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində “Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış” paneli çərçivəsində deyib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri fonunda mövcud əkin sahələrinin səmərəliliyini artırmaq daha vacib məsələdir: “Yeni əkin sahələrinin yaradılması suya olan tələbatı artırır, bu isə məhdud resurs şəraitində əlavə risklər yaradır. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin əkin sahələrinin konsolidasiyası ilə bağlı atdığı addımlar mühüm əhəmiyyət daşıyır”.
Nazir müavini əlavə edib ki, kənd təsərrüfatında transformasiya prosesinin mərkəzində rəqəmsallaşma və innovasiya dayanmalıdır.
O bildirib ki, müasir texnologiyalardan - dronlardan, sensorlardan və rəqəmsal idarəetmə sistemlərindən istifadə məhsuldarlığın artırılmasına və su resurslarının daha səmərəli idarə olunmasına imkan verir: “Səmərəliliyin artırılması və düzgün suvarma texnologiyalarının tətbiqi bu transformasiyanın əsas tərkib hissəsidir”.
Oxşar xəbərlər
Nazir müavini: "Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir"
FAO: Kənd təsərrüfatında innovasiya Azərbaycanda nəticə verir
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb
Nazir müavini: Mövcud su qıtlığı kənd təsərrüfatında çoxsaylı çətinliklər yaradıb
Muxtar Babayev: "Ərzağa artan tələbat su və torpaq resurslarına təzyiqi gücləndirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












