Nazir müavini: "Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir"
Azərbaycanın kənd təsərrüfatında dəstək sistemləri yenidən nəzərdən keçirilməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış" adlı panel müzakirələrində bildirib.
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatının gələcək inkişafı üçün mövcud dəstək mexanizmləri ilə yanaşı, yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir.
O vurğulayıb ki, fiskal güzəştlərlə yanaşı, məhsulların xarici bazarlara çıxarılması üçün logistik dəstək, habelə sığorta və institusional əməkdaşlığın gücləndirilməsi vacibdir. “Bizim təşviq sistemimiz iqlim çağırışlarını nəzərə almalı, sudan istifadə də qənaətə və innovasiyalara fokuslanmalıdır”.
S.Bəşirli əlavə edib ki, kənd təsərrüfatı siyasəti məhsuldarlıqdan çox davamlılığa yönəlməlidi.
Nazir müavini bildirib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı siyasətində dəyişiklikləri qaçılmaz edir: “İndiyədək əsas fokus məhsuldarlığın və məhsul bolluğunun artırılması olub. Amma gələcəkdə əsas hədəf davamlılıq və resursların qorunması olmalıdır. Quraqlığa davamlı bitkilər və sudan qənaətlə istifadə ön plana çıxmalıdır”.
Oxşar xəbərlər
Səməd Bəşirli: "Azərbaycanda mövcud torpaqlarda məhsuldarlığın artırılması prioritet olmalıdır"
Nazir müavini: Mövcud su qıtlığı kənd təsərrüfatında çoxsaylı çətinliklər yaradıb
FAO: Azərbaycana kənd təsərrüfatının davamlı inkişafı üçün platforma lazımdır
Nazir müavini: "Bakı Harmoniya İqlim Təşəbbüsü qlobal əməkdaşlığa təkan verir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
