Azərbaycanda balıqçılıqla bağlı Tədbirlər Planı hazırlanır
Kənd Təsərrüfatı Nazirliyi balıqçılıq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi məqsədi ilə Tədbirlər Planı hazırlayır.
“Sizinxeber.az” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - aqrar sektorda sahibkarlığın inkişafına həsr edilmiş ictimai dinləmədə bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 19-da balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
Azərbaycanda aqroparklarla bağlı səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinə verilib
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












