Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur.
"Sizinxeber.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.
Oxşar xəbərlər
Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib
Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













