Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondu yaradılacaq


Azərbaycanda vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.

Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə görə, qurum daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamalıdır.

Bundan başqa, nazirlik balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamalıdır.

Həmçinin nazirlik balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ-hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparacaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktı tərtib edəcək.

Oxşar xəbərlər

Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarlar təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik balıq ovu ilə bağlı əhaliyə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Balıq məhsullarının istehsalı tələbatı tam ödəmək üçün yetərli deyil" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər