Türkiyənin Taxıl Şurası rəsmisi: "Dünyada taxıl istehsalında artım gözlənilir"
2024-2025-ci illərdə dünyada buğda və arpa istehsalında artım gözlənilir və bu, taxıl bazarına müsbət təsir edə bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin Taxıl Şurasının Ticarət Departamentinin rəhbəri Tunc Necipoğlu Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.
O həmçinin deyib ki, dünya bazarında buğda və arpa satışı ilə bağlı vəziyyətə Rusiya və Ukrayna arasında atəşkəs əldə olunması, eləcə də qlobal iqtisadiyyatda canlanma, yükək məhsuldarlıq müsbət təsir göstərə bilər.
"Bununla yanaşı, bir sıra ölkələrin yürütdüyü proteksionist siyasət buğda və arpa bazarına mənfi təsir göstərə bilər. Taxıl bazarındakı qiymətlər neftin qiyməti ilə bağlı qeyri-müəyyənlikdən, eləcə də Qara dəniz sahilində və Avropanın bəzi yerlərində əlverişsiz iqlim şəraitində buğda istehsalının azalmasından, Ukraynanın ixrac kvotası, Rusiyanın isə ixrac vergiləri tətbiq etməsindən də təsirlənə bilər. 2025-26-cı illərdə Rusiyada qışlıq taxıl becərilməsi ilə bağlı mənfi gözləntilər var", - deyə qonaq əlavə edib.
Oxşar xəbərlər
Türkiyənin Taxıl Şurasının baş direktoru: "Qiymətlər sabitləşməyə başlayıb"
Cəlilabadda taxıl biçini başa çatıb
İmişlidə taxıl biçini yekunlaşıb
Biləsuvarda taxıl biçini yekunlaşıb
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












