Türkiyənin Taxıl Şurasının baş direktoru: "Qiymətlər sabitləşməyə başlayıb"
Dünyada buğda qiymətləri sabitləşməyə başlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin Taxıl Şurasının baş direktoru Əhməd Gürdal Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.
Bununla belə, onun sözlərinə görə, dünyada qida təhlükəsizliyi sahəsində hər gün yeni problemlə qarşılaşmaq mümkündür: “2020-ci ildə quraqlıq, sonra koronavirus pandemiyasının yayılması, ardınca Rusiya-Ukrayna müharibəsi qida sektorunu, xüsusilə taxıl istehsalını dəyişkən bir mərhələyə keçirib. Əgər 2 il əvvəl buğdanın 1 tonunun qiyməti 200 ABŞ dolları idisə, bu gün 400 ABŞ dollarından çoxdur. Lakin son vaxtlar qiymətlər sabitləşməyə başlayıb”.
Ə. Gürdal Qeyd edib ki, dünyada buğda ilə bağlı çətinliklər yarananda əksər ölkələr təhlükəsizliklərini düşünərək lazımi tədbirlər görüblər: “Biz də tədarükümüzü etdik. Quraqlıq illərindən sonra son 2 ildə kənd təsərrüfatı məhsullarında məhsuldarlıq müşahidə edilir. Hazırda bərəkətli bir dövrdür. Bu dövrdə tədarüklə bağlı tədbirlər görməliyik".
Oxşar xəbərlər
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov: "1991-2023-cü illərdə taxıl istehsalı 2 dəfədən çox artıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO: 2023-cü ildə dünyada 2,33 milyard insan qida çatışmazlığından əziyyət çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda taxıl biçini yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












