Cəbrayılda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək
Cəbrayıl rayonunda təməli yeni qoyulan fabrik ildə 24 milyon damazlıq yumurta istehsal edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Hicaz Poultry" MMC-nin təsisçisi Səfər Sadiqov deyib.
Onun sözlərinə görə, bununla yanaşı, saatda 40 ton istehsal gücünə malik yem və illik 24 milyon yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək:
"Bu layihə üzrə 150 daimi iş yeri nəzərdə tutulub. Sonrakı mərhələdə damazlıq yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerinin yaradılmasına əsas verəcək".
Xatırladaq ki, oktyabrın 3-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
Oxşar xəbərlər
Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl rayonunda damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
