Haluk Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirir
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq daha da güclənir.
"Sizinxeber.az"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, Türkiyənin bir sıra aparıcı şirkətləri – "Baykar", "Roketsan", "ASELSAN" və digər müdafiə sənayesi müəssisələri Azərbaycanda ortaq istehsal və investisiya layihələri həyata keçirir:
"İki ölkə arasında birgə müəssisələr çərçivəsində istehsal fəaliyyəti davam etdirilir və yeni texnoloji layihələr üzrə əməkdaşlıq genişləndirilir"
H.Bayraktar həmçinin bildirib ki, "Baykar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yaradılan istehsal müəssisələrində bəzi məhsulların istehsalı həyata keçirilir:
"Azərbaycan və Türkiyə müdafiə sənayesində qardaş ölkələr olaraq yüksək səviyyədə əməkdaşlığı davam etdirir və bu tərəfdaşlıq getdikcə daha da dərinləşir".
Oxşar xəbərlər
Haluk Görgün: Türkiyə son bir ildə 185 ölkəyə 10,5 milyard dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib
Vüqar Mustafayev Türkiyədə müdafiə sənayesində yeni texnologiyaların tətbiqini müzakirə edib
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
“Baykar” Ukraynada PUA istehsalı zavodunun tikintisinin başa çatma müddətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
