Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq
sizinxeber.az xəbər saytı

Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq


Azərbaycan və Özbəkistan gələn həftə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini planlaşdırıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" panel sessiyasında bildirib.

Onun sözlərinə görə, Hökumətlərarası Komissiya böyük əhəmiyyət kəsb edir, çünki ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən bir alətdir.

"Gələn həftə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bundan əlavə, təxminən 500 milyon ABŞ dolları kapitalı olan birgə İnvestisiya Fondu da vacib alətlərdən biridir. Fondun müşahidə şurasının çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihəni qeyd ediblər. Əməkdaşlığımız üçün əlavə institusional mexanizm kimi biz Özbəkistanda ticarət nümayəndəliyi yaradacağıq. Bu, Azərbaycanın dünya üzrə altıncı ticarət nümayəndəliyi olacaq və əlavə impuls verəcək", - E.Əliyev bildirib.

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Səfir: Bakı və Riqa 2025-ci ildə Hökumətlərarası Komissiyanın iclasına hazırlaşır
Azərbaycan və bir sıra ölkələr arasında birgə hökumətlərarası komissiyaların tərkibi dəyişib
Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək
Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər