Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir


Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin ilə keçirilən geniş tərkibdə görüş əsnasında bildirib.

Azərbaycanın Baş naziri deyib: “Bu gün qarşılıqlı fəaliyyətimizin ən mühüm məsələlərinə dair çox konstruktiv və ətraflı müzakirələr apardıq. Hökumət xətti ilə dövlət başçılarının razılaşmaları və tapşırıqlarının həyata keçirilməsi üzrə birgə səyləri artırmaq barədə razılıq əldə etdik. Bu gün prezidentlər İlham Heydər oğlu Əliyev və Aleksandr Qriqoryeviç Lukaşenkonun birgə səyləri ilə Azərbaycan-Belarus tərəfdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir və hərtərəfli xarakter daşıyır.

Qarşılıqlı səfərlər və yüksək səviyyədə görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər səmərəli birgə fəaliyyətə daha çox kömək edir”.

Oxşar xəbərlər

Azərbaycan və Belarus hökumətləri sazişlər və dövlət başçılarının tapşırıqlarıyla əlaqədar birgə səyləri artıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Belarus Ağdamda aqroşəhərciyin layihələndirilməsi ilə bağlı sənəd imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belarusun Baş naziri: Azərbaycanla çoxşaxəli əməkdaşlıq qarşılıqlı hörmət şəraitində inkişaf edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər