22
iy
2026
09:00
yuxarı
Kütahyada sərnişin avtobusu aşıb, 31 nəfər xəsarət alıb
Kütahyada sərnişin avtobusu aşıb, 31 nəfər xəsarət alıb
Türkiyənin Kütahya-Afyonkarahisar avtomobil yolunda sərnişin avtobusu baryerə çırpılaraq aşıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, 31 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.
Qəza səbəbindən yolun Afyonkarahisar istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.
