Azərbaycanın dövlət borcu açıqlandı
sizinxeber.az xəbər saytı

Azərbaycanın dövlət borcu açıqlandı


2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 275,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 668,9 milyon manat olmaqla (əsas borc üzrə 494,2 milyon manat, faiz borcu üzrə 174,7 milyon manat), ümumilikdə 944,8 milyon manatın ödənilməsi təmin edilib.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 616,8 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən, cari ilin 1 iyul tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,0 faizini təşkil edib.

Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 iyul tarixinə 15 milyard 982,0 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,2 faizini təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
Azərbaycan I yarımildə borc ödənişinə 1 milyard manatdan çox vəsait yönəldib
Azərbaycanın yaxın 2 ildə dövlət borcunun 29 milyard manatı ötəcəyi gözlənilir
Bu il 1,1 mlrd. manatdan artıq xarici dövlət borcu qaytarılıb
Azərbaycanın dövlət borcu ötən il ÜDM-in 21,7 %-ni təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər