24
iy
2026
13:47
yuxarı
Astanada ilk aerotaksi nümayiş olundu – Video
Astanada ilk aerotaksi nümayiş olundu – Video
Qazaxıstanın paytaxtı Astanada ilk dəfə aerotaksinin nümayiş uçuşu baş tutub.
Axar.az xəbər verir ki, elektrik mühərrikli şaquli qalxma və enmə qabiliyyətinə malik “eVTOL” tipli hava nəqliyyat vasitəsi sınaqdan keçirilib.
İlk uçuş 10 dəqiqə davam edib və manevr zamanı təyyarə 2,4 km məsafə qət edərək iki dövrə vurub. Hava taksisi əvvəlcədən müəyyən edilmiş trayektoriya üzrə hərəkət edib.
Təhlükəsizlik səbəbindən təyyarənin göyərtəsində insan olmayıb.
