12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
iy
2026
00:18
ff aaaaaaa

12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO

26 iy, 2026
00:18
513

12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO

Şəmkirdə 12 yaşlı qızın bacısı tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Sizinxeber.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. 12 yaşlı Əfsanə Novruzovanıт bacısı, 16 yaşlı Səma Rəhimova aralarında yaranmış mübahisə zamanı onu kəsici alətlə qətlə yetirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacı, 16 yaşlı Səma Rəhimova saxlanılıb.

Mərhumun babası isə baş verənlərlə bağlı danışarkən bildirib ki, nəvəsi itkin düşəndə axtarmağa başlayıblar:

"O, ölü vəziyyətdə tapıldı, evin arxasında... Sonradan məlum oldu ki, bacısı edib. Özü xəbər verib polisə. Aralarında mübahisə olub, yoxsa yox - bunu bilmirəm".

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul