Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir
Türkiyə NATO-nun Baltik ölkələrinin hava məkanının patrul missiyasında (Baltic Air Policing) iştirak etmək üçün Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarəsi və 181-ci eskadrilyanın 76 hərbi qulluqçusunu göndərəcək.
Sizinxeber.Az xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.
“Bu missiya NATO-nun şərq cinahının müdafiəsi baxımından böyük strateji əhəmiyyət daşıyır. O, Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və strateji potensialının artırılmasına mühüm töhfə verəcək. Avqustdan noyabradək rotasiya əsasında həyata keçiriləcək bu missiya öz döyüş təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava məkanının patrul xidmətini həyata keçirməyi nəzərdə tutur”, - məlumatda deyilib.
Oxşar xəbərlər
Britaniya NATO-nun Baltik dənizindəki missiyası üçün iki təyyarə göndərəcək
Tusk: NATO-nun Baltik dənizində patrul əməliyyatı 90 gün davam edəcək
Fransa və Belçika NATO-nun Baltik dənizində patrul missiyasına qoşulacaq
Niderlandın “F-35”ləri Baltik dənizində patrul etmək üçün Estoniyaya gəlib
KİV: NATO-nun iki gəmisi Finlandiya körfəzinə yan alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
