ABŞ-da Ukrayna pilotsuz qayıqlarının istehsalına başlanılacaq
ABŞ-da Ukrayna pilotsuz qayıqlarının istehsalına başlanılacaq
ABŞ-ın “ReconCraft” şirkəti Ukrayna istehsalı olan “Maqura” pilotsuz qayıqlarının istehsalına başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri məlumat yayıb.
Məlumata görə, Portlandda yerləşən və xüsusi əməliyyat gəmilərinin istehsalı ilə məşğul olan “ReconCraft” şirkəti ilə Ukraynanın “Uforce” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Müqavilə ötən həftə Vaşinqtondakı Ukrayna səfirliyində bağlanıb.
“ReconCraft” şirkətinin həmtəsisçisi Co Silkovskinin sözlərinə görə, şirkət gələcəkdə ildə yüzlərlə, hətta minlərlə pilotsuz qayıq istehsal etməyi planlaşdırır. Razılaşmanın maliyyə dəyəri açıqlanmayıb.
Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi qarşıdakı illərdə döyüş sistemlərinin inkişafına on milyardlarla dollar vəsait ayırmağı nəzərdə tutur.
