Rusiya Kiyevi ballistik raketlərlə vurdu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2026
13:47
ff aaaaaaa

Rusiya Kiyevi ballistik raketlərlə vurdu

24 iy, 2026
13:47
337

Rusiya Kiyevi ballistik raketlərlə vurdu

Rusiya Silahlı Qüvvələri gündüz saatlarında Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri paytaxt istiqamətində bir neçə yüksək sürətli hədəfin hərəkət etdiyini açıqlayıb, bundan qısa müddət sonra isə şəhərdə partlayış səsləri eşidilib.

Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin işlədiyini bildirərək sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Monitorinq qruplarının məlumatına görə, Rusiya Kiyev istiqamətində azı 10 ballistik raket, o cümlədən "Zirkon" tipli raketlər buraxıb.

Hücumun nəticələri, dağıntılar və zərərçəkənlərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul