"Bloomberg": ABŞ ordusu Britaniya bazalarından İrana hücum edə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2026
02:26
ff aaaaaaa

"Bloomberg": ABŞ ordusu Britaniya bazalarından İrana hücum edə bilər

22 iy, 2026
02:26
368

"Bloomberg": ABŞ ordusu Britaniya bazalarından İrana hücum edə bilər

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ-yə İrana zərbələr endirmək üçün Böyük Britaniya hərbi bazalarından istifadə etməyə icazə verib, lakin London yalnız müdafiə xarakterli fəaliyyəti mümkün sayır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bu qərar Britaniyanın sabiq baş naziri Kir Starmerin keçirdiyi müşavirədən sonra qəbul edilib. Görüş zamanı nazirlər Vaşinqtona Hind okeanındakı Dieqo-Qarsiya bazasından və İngiltərədəki "RAF Fairford" aviabazasından İranın raket təhlükəsinə qarşı əməliyyatlar üçün istifadə etməyə imkan verən hazırkı siyasəti qoruyub saxlamağa razılaşıblar.

Agentliyin həmsöhbətləri iddia edirlər ki, E. Börnhem müşavirənin nəticələri ilə tanış olub və müvafiq qərarları təsdiqləyib. Deməli, Britaniya bazaları Birləşmiş Ştatların İrana qarşı əməliyyatının hazırkı mərhələsində cəlb oluna bilər.

Qeyd olunur ki, bu qərar Britaniya daxilində tənqidlərə səbəb ola bilər, çünki müxalifət başqa bir ölkəyə hərbi bazalardan istifadə etməyə icazə verilməsinin Londonun faktiki olaraq münaqişəyə cəlb olunması demək olduğunu hesab edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul