Lionel Messi Argentina millisində karyerasını başa vurdu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2026
10:08
0
0
1 014
ff aaaaaaa

Lionel Messi Argentina millisində karyerasını başa vurdu

21 iy, 2026
10:08
1 014

Lionel Messi Argentina millisində karyerasını başa vurdu

Argentinalı hücumçu Lionel Messi millidə karyerasını başa vurduğunu və yığmada son oyununu keçirdiyini komanda yoldaşlarına bildirib.

Sizinxeber.Az xəbər verir ki, bu məlumatı jurnalist Ernan Kastilyo "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.

Məlumata görə, əfsanəvi futbolçu İspaniyaya qarşı keçirilən DÇ-2026-nın final matçından (0:1) sonra paltardəyişmə otağında bununla bağlı çıxış edib.

Hazırda 39 yaşı olan Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunun şərəfini qoruyur. Avropa karyerası ərzində o, Fransanın PSJ və İspaniyanın "Barselona" klublarında çıxış edib.

Qeyd edək ki, "Qızıl top" qazanmaq sayına görə (8 dəfə) mütləq rekord məhz Messiyə məxsusdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul