Biləsuvarda WUF13-ə həsr olunmuş tədbir keçirilib
Biləsuvarda "Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş tədbir keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbir Biləsuvar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edənlər WUF13 kimi əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu, ilk növbədə, ölkənin şəhərsalma və məskunlaşdırma fəaliyyətində müasir standartlara əsaslandığının göstəricisidir.
Qeyd olunub ki, Azərbaycan həyata keçirilən genişmiqyaslı quruculuq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri bu sahədəki innovativ yanaşmanın bariz nümunəsidir. Bu mühüm forumun Bakıda təşkili respublikanın beynəlxalq miqyasda artan nüfuzunu bir daha təsdiqləməklə yanaşı, yerli mütəxəssislərin qlobal təcrübədən faydalanması üçün yeni imkanlar açacaq Bu məqsədlə Biləsuvar rayonunda keçirilən görüş gənc nəslin memarlıq və şəhərsalma sahəsində maariflənməsinə, habelə regionlarımızın dayanıqlı inkişaf perspektivlərinin müzakirəsinə böyük töhfə verir.
Oxşar xəbərlər
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
WUF13-ün Azərbaycanda təşkili region üçün də yeni əməkdaşlıq imkanları yaradır - RƏY
Bahar Muradova: "WUF13 Azərbaycan üçün yeni mərhələdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
