Muxtar Babayev Pakistanın iqlim naziri ilə Qlobal Cənub üçün iqlim böhranının nəticələrini müzakirə edib
Pakistanın iqlim məsələləri üzrə naziri Musadik Malik COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyevlə görüş keçirib.
“Sizinxeber.az”un Pakistan qurumuna istinadən verdiyi məlumata görə, müzakirələr Şamaxıda keçirilən qeyri-rəsmi iqlim görüşü çərçivəsində baş tutub.
Tərəflər iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi və onlara uyğunlaşma dəstəyi, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında “yaşıl tərəfdaşlığın” gücləndirilməsini müzakirə ediblər.
Pakistanlı nazir vurğulayıb ki, iqlim dəyişikliyi "təcili, ədalətli və elmi əsaslı qlobal tədbirlər tələb edən böhrandır".
M.Malik qeyd edib ki, Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin nəticələri ilə daha kəskin şəkildə üzləşirlər.
Oxşar xəbərlər
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib
Muxtar Babayev BƏƏ-nin naziri ilə COP29-un nəticələrini müzakirə edib
Muxtar Babayev COP28-in prezidenti ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib
Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Muxtar Babayev: Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmağa çalışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
