Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq
Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.
"Report" Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21–23 aprel 2026-cı il tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.
Səfər zamanı dövlət başçısını Latviyanın xarici işlər naziri Bayba Braje müşayiət edəcək.
"Latviya və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaq. Bayba Braje iki tərəf arasında konsulluq məlumatları və təcrübə mübadiləsi sahəsində qarşılıqlı fəaliyyəti gücləndirəcək Latviya və Azərbaycan xarici işlər nazirlikləri arasında konsulluq məsələlərində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayacaq", - məlumatda bildirilib.
XİN-dən həmçinin bildirilib ki, Braje azərbaycanlı həmkarı Ceyhun Bayramovla ayrıca görüş keçirməyi planlaşdırır: "Nazirlər ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesi, Ukraynadakı vəziyyət və Yaxın Şərq daxil olmaqla regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə edəcəklər".
Oxşar xəbərlər
Azərbaycan və Latviya XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Latviya XİN: Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk
FAO iki Azərbaycan universiteti ilə Anlaşma Memorandumu imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
