ADA-nın professoru: Mənzil insan hüququ kimi tanınmalıdır
Kritik həddə çatan qlobal mənzil böhranı təsadüfi deyil, dərin struktur, sistem və idarəetmə çatışmazlıqlarının nəticəsidir.
APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində ADA Universitetinin professoru Anar Vəliyev deyib.
"Mənzil insan hüququ kimi tanınmalı və prioritetləşdirilməlidir. Ev sadəcə dörd divardan ibarət bir tikili deyil. O, ləyaqət, mədəniyyət və kimlik məkanıdır, həmçinin ortaq gələcəyimizin təmin edilməsinin əsas elementidir. Mənzil ictimai məkanlar, məktəblər, səhiyyə və digər xidmətlər kimi ictimai imkanlarla qarşılıqlı əlaqədə olan bir sistemin tərkib hissəsidir", - o qeyd edib.
Professorun sözlərinə görə, qlobal çağırışın miqyası koordinasiyalı, birgə və təxirəsalınmaz tədbirlər tələb edir.
"Yeni Şəhər Gündəliyinin 40-cı ildönümünə bir il qalmış biz üzv dövlətləri onun icrasını sürətləndirməyə, qlobal mənzil böhranının daha effektiv həlli üçün UN-Habitatın mandatını tərəfdaşlıq qurumu kimi gücləndirməyə çağırırıq", - o vurğulayıb.
Anar Vəliyev bildirib ki, 2026–2029-cu illər üzrə Şəhər Gündəliyi mənzil sahəsində fəaliyyətin sürətləndirilməsi üçün yol xəritəsi təqdim edir. Açıq tərkibli qeyri-rəsmi işçi qrupu çərçivəsində üzv dövlətlər və maraqlı tərəflər 2026–2036-cı illərin Yeni Şəhər Gündəliyinin icrasını sürətləndirmək və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölçülə bilən nəticələr əldə etmək üçün “Fəaliyyət Onilliyi” elan olunmasını müzakirə etməyə təşviq olunur.
"Nəticə sənədlərinə praktiki öhdəliklər daxil edilməli, uğurlu proqram və layihələr sənədləşdirilməli və tətbiq yolları paylaşılmalıdır. Bu yekun nəticələr üç əsas istiqamətdə təşkil olunub. Burada mənzil böhranının əsas səbəbləri və insan hüquqları aspektləri, eləcə də ədalətli, inklüziv, dayanıqlı və davamlı mənzil sisteminin transformasiyası məsələləri əhatə olunur".
Oxşar xəbərlər
Komitə sədri: WUF13 göstərdi ki, mənzil davamlı inkişafın əsasını təşkil edir
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Milli Koordinator: WUF13 bir daha göstərdi ki, mənzil davamlı inkişafın əsasıdır
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Rossbax: WUF13 şəhər transformasiyası üzrə qlobal əməkdaşlığı daha da gücləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
