Tibbi tullantıların idarə olunması sahəsində qanunvericilik təkmilləşdiriləcək
Tibbi tullantıların idarə olunması sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı alt-işçi qrup yaradılıb və Səhiyyə Nazirliyi tərəfindən “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə dəyişiklik edilməsinə dair sənəd layihəsi hazırlanıb.
Sizinxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
Faiq Mütəllimov qeyd edib ki, ölkədə formalaşan tibbi tullantıların idarə edilməsi sahəsində problemlərin həlli üçün zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsi və bu sahədə səmərəli idarəetmənin yaradılması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin 5 may 2023-cü il tarixli birgə əmri ilə işçi qrup yaradılıb. İşçi qrupun 23 iyun və 13 oktyabr 2023-cü il tarixlərində iclasları keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən birgə Monitorinq Planı təsdiq edilmiş və tibb müəssisələrində tibbi tullantıların idarə olunması vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhəri və regionlarda 37 tibb müəssisəsində monitorinqlər keçirilib: “Tibb müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantıların uçotunun yaxşılaşdırıması və elektronlaşdırılması istiqamətində işlərə başlanılıb. Aparılmış monitorinq nəticələrinə əsasən əvvəlki illərə nisbətən tibbi tullantıların idarə edilməsində müəyyən irəliləyişlərə nail olunsa da Bakı şəhəri və regionlarda yerləşən tibb müəssisələrində formalaşan tibbi tullantıların qanunvericiliyin tələblərinə uyğun idarə edilməsində, uçot və hesabatının aparılmasında problemlər qalmaqdadır”.
Oxşar xəbərlər
Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik: Tullantıların utilizasiyası sahəsində tariflərin daha da liberallaşması lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibbi tullantıların idarə edilməsinə vahid nəzarət sistemi qurulması təklif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Musa Quliyev: Hepatitlərin yayılmasının böyük mənbəyi kosmetoloji salon və stomatoloji klinikalardır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












