OPEC-in 2027-ci ildə sərbəst gücünün gündəlik 2,5 milyon barel olacağı proqnozlaşdırılır
ABŞ Energetika Nazirliyi Birləşmiş Ərəb Əmirlilərinin (BƏƏ) təşkilatdan çıxmasından sonra OPEC-in 2027-ci ildəki sərbəst gücünü gündəlik 2,5 milyon barel olaraq qiymətləndirir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsinin (EMİ) hesabatında deyilir.
"BƏƏ-nin neft hasilatı üzrə sərbəst gücləri olduğundan indi gözləyirik ki, 2027-ci ildə OPEC-in sərbəst gücləri əvvəlki 3,8 mln b/g (barel/gün) proqnozumuzla müqayisədə gündəlik orta hesabla 2,5 milyon barel təşkil edəcək", - hesabatda qeyd olunub.
Bununla yanaşı, idarə OPEC-in 2026-cı il üçün sərbəst güclərini gündəlik 0,5 milyon barel olaraq dəyərləndirir.
Xatırladaq ki, BƏƏ cari ilin 1 mayından etibarən təxminən 60 illik üzvlükdən sonra OPEC və "OPEC+" ölkələri sırasından çıxıb.
Oxşar xəbərlər
IEA: Azərbaycan iyulda “OPEC+” kvotasından gündəlik 90 min barel geri qalıb
IEA: Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
Azərbaycan martda "OPEC+" kvotasından gündəlik 78 min barel geri qalıb
Azərbaycan fevralda "OPEC+" kvotasından gündəlik 75 min barel geri qalıb
Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 89 min barel geri qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
