Özbəkistan Parlamentinin komitə sədri: QHT-lərin səsi həm Parlamentlər, həm də Hökumətlər səviyyəsində eşidilməlidir
"Bu gün biz dünyada ənənəvi problemlərlə yanaşı, eləcə qeyri-bərabərlik, ictimai rəyin manipulyasiyası kimi halların şahidi oluruq. Bu gün demokratiyanın özü böhran içindədir".
Qlobal Cənub Platformasında qeyri-hökumət təşkilatlarının rolu
APA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirilən Qlobal Cənub Platformasının təsis konfransındakı çıxışında Özbəkistan Parlamentinin komitə sədri, "Yüksəliş" Hərəkatının lideri Babur Bekmurodov bildirib.
Vətəndaş cəmiyyətinin inkişafında Özbəkistan təcrübəsi
Natiq eyni zamanda Qlobal Cənub Platformasında təmsil olunan qeyri-hökumət təşkilatlarının səsinin həm Parlamentlər, həm də Hökumətlər səviyyəsində eşidilməsinin zərurətinə toxunub:
"Özbəkistan açıq və ədalətli cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Son illərdə ölkəmizdə həyata keçirilən islahatlar vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edib. Biz dinamik inkişafı hədəfləyiriksə, vətəndaş cəmiyyəti ilə dialoq çox vacibdir. Bu gün biz dünyada ənənəvi problemlərlə yanaşı, eləcə qeyri-bərabərlik, ictimai rəyin manipulyasiyası kimi halların şahidi oluruq. Bu gün demokratiyanın özü böhran içindədir. Bir sıra dünya liderləri daim insanlar arasındakı dialoqu təşviq edir."
Prezident İlham Əliyevin qlobal dialoq təşəbbüslərinə dəstək
"Bu əsnada Prezident İlham Əliyevin Qlobal Cənub təmsilçiləri arasındakı dialoqun təşviqi prosesindəki rolunu xüsusi qeyd etmək istəyirəm. Onun daim və doğru şəkildə vurğuladığı kimi, qlobal çağırışlarla mübarizə özündə kollektiv təşəbbüsləri ehtiva edir. Düşünürəm ki, biz iki platforma arasında əməkdaşlığı təmin etməklə daha çox vətəndaş cəmiyyəti təmsilçilərini buraya cəlb edə bilərik. Qeyd etmək lazımdır ki, Qlobal Cənub Platformasında təmsil olunan qeyri-hökumət təşkilatlarının səsləri həm Parlamentlər, həm də Hökumətlər səviyyəsində eşidilməlidir".
Oxşar xəbərlər
QHT Agentliyi Qlobal Cənubu təmsil edən təşkilatlara dəstəyini davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Qlobal Cənub QHT platformasının təsis edilməsini təqdir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal Cənub QHT-ləri Bakıya toplaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreeva: BMT Azərbaycanın 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə dəstək verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













