Almaniyanın "Rheinmetall" şirkəti kamikadze dronların istehsalına başlayır
Almaniyanın nəhəng müdafiə konserni olan "Rheinmetall" kamikadze dronlarının istehsalına başlayıb.
"Report" xəbər verir ki, bu barədə baş direktor Armin Pappergerə istinadən DPA agentliyi məlumat yayıb.
"Hazırda biz Noysdakı zavodumuzda bu sistemin seriyalı istehsalına başlayırıq", - o, səhmdarların onlayn iclası zamanı bildirib.
Onun sözlərinə görə, dron hədəfə çırpılıb partlamazdan əvvəl havada 70 dəqiqəyə qədər qala bilər.
Bu model artıq Braunşveyqdəki zavodda istehsal olunur və şirkət Noysdakı zavodda istehsalı genişləndirməyə hazırlaşır. Əvvəllər bu zavodda avtomobil ehtiyat hissələri istehsal edilirdi, lakin "Rheinmetall" avtomobil komponentlərinin tədarükü üzrə zərərlə işləyən biznesindən imtina edir.
Gələcəkdə Noysdakı zavod FV-014 modelli dronlar kimi müdafiə avadanlıqlarının istehsalı üçün istifadə ediləcək.
Oxşar xəbərlər
“Volkswagen” Almaniya üçün hərbi texnika istehsal edə bilər
“Rheinmetall” Ukraynaya daha 20 “Marder” PDM tədarük etməyi planlaşdırır
Almaniya və ABŞ Avropada "Patriot" və "HIMARS" üçün raketlərin istehsalına başlayacaq
“Rheinmetall” Ukraynaya dördüncü səyyar səhra xəstəxanası verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
