Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb - FOTO
sizinxeber.az xəbər saytı

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb - FOTO


2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Mədəniyyət Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, 320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.

Layihə çərçivəsində zəlzələdə ciddi ziyan çəkən Sezai Karakoç İbtidai məktəbinin yerində Heydər Əliyev İbtidai məktəbi tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var.

Oxşar xəbərlər

Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO - YENİLƏNİB
Media nümayəndələri Zəngilanda yaşayış komplekslərinin tikintisi ilə tanış olublar - FOTO
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO
"Haber Global": Azərbaycanın Kahramanmaraşda məktəb açması iki ölkənin qardaşlığı baxımından çox əhəmiyyətlidir
Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle