Papuaşvili: Fransa səfirliyi turist marşrutları adı ilə ekstremist siyasi qruplara pul verir
sizinxeber.az xəbər saytı

Papuaşvili: Fransa səfirliyi turist marşrutları adı ilə ekstremist siyasi qruplara pul verir


Fransa səfirliyi Gürcüstanda fəaliyyət göstərən radikal siyasi qruplara maliyyə ayırmaqla onların hökumət əleyhinə fəaliyyətlərini dolayı yolla maliyyələşdirir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili Budapeştdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu fakt gizlədilir və guya həmin qruplar turist marşrutları ilə məşğul olurmuş kimi təqdim edilir.

“Ekstremist siyasi qrupların üzvlərinə Fransa səfirliyi pul verdi və bununla əslində onların radikal fəaliyyətlərini dolayı yolla maliyyələşdirir. Üstəlik, gözümüzə kül üfürürlər ki, guya bunlar turist marşrutlarını çəkirlər. Halbuki həmin insanlar əsasən hökumətin devrilməsi planları ilə məşğuldurlar”, - deyə Papuaşvili qeyd edib.

O, Avropa İttifaqında yaradılacaq yeni araşdırma komissiyasına da münasibət bildirib və ABŞ-nin yeni administrasiyasının USAID vasitəsilə maliyyələşdirilən “fırıldaq sxemlərini” ifşa etdiyini xatırladıb. Parlament sədri iddia edib ki, demokratik dəyərlər adı altında həyata keçirilən bu layihələr əslində dezinformasiya və hökumətə qarşı təxribatlarla əlaqəlidir.

“Amerika maliyyələşməsində bu problemlər üzə çıxıbsa, deməli, Avropa maliyyə dəstəyi də eyni problemlərlə yüklüdür. Təəssüf ki, Avropa İttifaqının Gürcüstandakı səfirliyi bu məsələlərə göz yumur və cavab verməkdən imtina edir”, - Ş.Papuaşvili vurğulayıb.

Oxşar xəbərlər

Gürcüstan parlamentinin sədri: ABŞ səfirliyi ölkəmizdə dezinformasiya məkanına çevrilib
Gürcü spiker: ABŞ-nin təşkilatı ölkəmizdə siyasi qarışıqlıq üçün fəaliyyət göstərib
Papuaşvili: USAID 2024-cü ildə Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb
Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır
Papuaşvili: USAID 2024-cü ildə seçkiləri pozmağa çalışan Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər