Şalva Papuaşvili: Aİ Gürcüstandakı seçkilərlə bağlı ATƏT-lə görüşün nəticələrini gizlədir
Avropa İttifaqı (Aİ) Gürcüstandakı seçkilərlə bağlı ATƏT nümayəndə heyəti ilə görüşün nəticələrini gizlədir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentin spikeri Şalva Papuaşvili bildirib.
“Bu görüş keçirilib, amma bizə ictimaiyyətə nə deyildiyi açıqlanmadı. Ondan sonra tam sükut baş verdi, bu isə şübhələr doğurur və suallar yaradır. Bunun əvəzində biz ATƏT Parlament Assambleyasının sədri tərəfindən verilən bəyanatı gördük, o da missiyanın rəhbərlərindən biri idi və bir daha BDTİP/ATƏT-in seçkilərin rəqabətli olduğu və Gürcüstanda seçilmiş hökumətin olduğu ilə bağlı nəticələrini təkrarladı. Nədənsə bütün bunlar gözardı edilir və biz Avropa həmkarlarımızdan heç bir reaksiya görmürük, bu da bir daha suallar doğurur ki, biz nə ilə üz-üzəyik”, - o bildirib.
Oxşar xəbərlər
Kobaxidze: Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur
Şalva Papuaşvili: Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı “utancverici və iyrənc”dir
Şalva Papuaşvili: Avropa Gürcüstandan Rusiyaya sanksiyalar tətbiq etməyi tələb edib
Şalva Papuaşvili: Gürcüstanı münaqişəyə cəlb etmək müxalifətin seçki vədidir
Spiker: Gürcüstanda dövlət çevrilişi hazırlayan qüvvələr var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













