Hakan Fidan: Rusiya və Ukrayna arasında davamlı sülh üçün Türkiyə bütün addımları atmağa hazırdır
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Rusiya və Ukrayna arasında davamlı sülh üçün Türkiyə bütün addımları atmağa hazırdır


Rusiya və Ukrayna arasında davamlı və sabit sülhün təmin edilməsi üçün Türkiyə bütün addımları atmağa hazırdır.

“Sizinxeber.az”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən ikinci görüşün açılışında deyib.

Nazir bildirib ki, hazırda əsas məsələ davamlı sülhün təmin edilməsidir:

“Sülh əldə olunsa, qlobal miqyasda yaşanan qida, enerji və logistika kimi bir çox məsələlər öz həllini tapar. Bu prosesdə Türkiyə olaraq lazımi bütün addımları atmağa hazırıq. Hər iki ölkənin Türkiyəyə güvəni bizim üçün olduqca önəmlidir. Bu fürsətdən faydalanaraq bizi sülhə bir addım da yaxınlaşdıracağınıza inanırıq. Müzakirələrin Rusiya və Ukrayna xalqları üçün yaxşı nəticələr verəcəyinə ümid edirik”.

Oxşar xəbərlər

Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir - YENİLƏNİB
Hakan Fidan: Rusiya və Ukrayna qərarların həyata keçirilməsi üçün çox vacib addımlar atıblar
Hakan Fidan: Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər
Hakan Fidan ukraynalı həmkarı ilə Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər