Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir - YENİLƏNİB
Türkiyə XİN başçısı Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşündən əvvəl tərəflərin birbaşa danışıqlara hazır olduğunu qeyd edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu İstanbulda Rusiya-Ukrayna danışıqları zamanı Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, hər keçən gün bir çox insanın ölməsinə səbəb olur:
"Tərəflər arasında sülh olacağına səmimi qəlbdən inanıram. Türkiyə dövləti müharibənin dayandırılmasına və sülhün formalaşmasında hər iki dövlətin yanındadır. Bunun üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. ABŞ prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh çağrışlarına Putin və Zelenskinin münasibət bildirməklərini çox böyük hesab edirəm. Rusiya-Ukrayna müharibəsinin talehiyi ilə bağlı iki yol var. Birinci yola sülhə gedən yoldur. İkinci yol isə daha çox insan təlafatının olacağıdır. Tərəflər bu iki yoldan hansına seçəcəklərini özləri müəyyən edəcək. Türkiyə Prezidenti də iki tərəf arasında sülhün imzalanması üçün əlindən gələni edir".
İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edir.
Oxşar xəbərlər
Hakan Fidan: Yaxın günlərdə Rusiya ilə Ukrayna təmaslarla bağlı kompromis əldə edə bilər
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Hakan Fidan ukraynalı həmkarı ilə Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlığı müzakirə edib
Fidan: Ukraynada davamlı sülhə nail olunacağına inanıram
Hakan Fidan: İstanbulda Ukraynayla bağlı danışıqların formatı hələ müəyyən edilməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













