Ermənistanın keçmiş prezidentinə qarşı cinayət işi məhkəməyə verilib
sizinxeber.az xəbər saytı

Ermənistanın keçmiş prezidentinə qarşı cinayət işi məhkəməyə verilib


Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı qadın sahibkar Silva Ambartsumyandan rüşvət alması iddiası ilə bağlı daha bir cinayət işi məhkəməyə verilib.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ibtidai istintaqın başa çatdığını Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi elan edib.

Xatırladaq ki, cinayət işi 2021-ci ilin noyabrında açılıb. İddiaya görə, sabiq prezident 2008-ci ilin fevralında baş nazir vəzifəsində işləyərkən baş köməkçisi (keçmiş prezidentin kürəkəni Mikael Minasyan) ilə birlikdə 2,9 milyon dollar rüşvət alıb, bunun müqabilində onlar Ermənistanda qeydiyyatdan keçmiş MMC-lərdən birinin səhmlərinin 100 %-nin qeyri-rezident şirkətə satışına maneə yaratmamağa razılaşıb.

Qeyd edək ki, Sarqsyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən “Flash” şirkətinin mühafizəsi, ikincisi isə İrəvandakı “Erablur” hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

Oxşar xəbərlər

Ermənistanın eks-prezidentinə qarşı cinayət işinə xitam verilib
Serj Sarkisyanın diplomat kürəkəni dövlətə 350 milyon dollar ziyan vurmaqda günahlandırılır
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
KİV: Ermənistanın maliyyə nazirinə qarşı cinayət işi başladıla bilər
Ermənistanda sabiq nazir 4,5 il müddətinə azadlıqdan məhrum edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər