KİV: Ermənistanın maliyyə nazirinə qarşı cinayət işi başladıla bilər
Ermənistanın Apellyasiya Məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsini maliyyə naziri Vahe Ovannisyana qarşı cinayət işi başlatmağa məcbur edib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Vəkillər Akademiyasının rektoru Ara Zöhrabyan sosial şəbəkədə yazıb.
“Bildiyiniz kimi, 2024-cü il dekabrın 4-də mən və bir qrup hüquqşünas maliyyə naziri Vahe Ovannisyana qarşı korrupsiya riski ehtiva edən hərəkətlərə görə cinayət işinin başlanması məsələsi ilə bağlı Ermənistan Baş Prokurorluğuna müraciət etmişdik. Bu gün Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin 27.02.2025-ci il tarixli qərarını ləğv edərək, onu əvəz edən məhkəmə aktı, yəni prosesdə ictimai iştirakçının üzərinə cinayət işinin başlanması öhdəliyinin qoyulması barədə qərar çıxarıb”, - o bildirib.
Zöhrabyanın sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi “G Coder” MMC ilə bağlı təqdim olunan məlumatın həqiqətəuyğun olduğunu müəyyən edib.
“G Coder” MMC-dən verilən məlumata görə, Ermənistanın maliyyə nazirinin müavini vəzifəsinə təyin olunduğu (dövlət qulluğuna keçdiyi) gün - 18.08.2021-ci il tarixində Vahe Ovannisyan 1 milyon dollar faizsiz kredit, 50 min dollar dəyərində ianə alıb və “Caritas Italiana” şirkətinin səhmlərinin 100 %-ni satın alıb.
Oxşar xəbərlər
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib - SİYAHI
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu müxalifəti maliyyə mənbələrini gizlətməkdə ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
