Məmməd Musayev: "Türk dünyası beynəlxalq arenada təşkilatlanmış güc kimi çıxış etməkdədir"
- 14-02-2025, 14:00
- İqtisadiyyat / Biznes
- 0
- 1 312
Türk dünyası beynəlxalq arenada artıq təşkilatlanmış güc kimi çıxış etməkdədir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının çətiri altında fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palataları Birliyi və Türk İnvestisiya Fondu, türk dövlətlərinin iqtisadi inteqrasiyası yolunda mühüm addımlardır:
“Bu istiqamətdə ciddi təşkilatlanma prosesi baş verib. Türk dövlətləri rəhbərlərinin dəstəyi ilə yaradılan Türk İnvestisiya Fondunun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və sahibkarlıq təşəbbüslərinin reallaşdırılmasına böyük töhfə verəcəyinə inanırıq. Fond, iş dünyasının irəli sürdüyü layihələrin uğur qazanmasında mühüm rol oynayacaq”.
M. Musayev vurğulayıb ki, Türk İnvestisiya Fondunun digər beynəlxalq fondlarla, eləcə də türk dövlətlərinin investisiya fondları ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir:
“Türk Ticarət və Sənaye Palataları olaraq, biz Fondun fəaliyyətinin gücləndirilməsi üçün birgə çalışacağıq. Bu gün ilk dəfə olaraq Fond maliyyə vəsaitlərinin ayrılması, onlardan istifadə qaydaları, seçiləcək layihələr üzrə meyarlar və maliyyələşdirmə mexanizmləri ilə bağlı açıqlamalar verəcək. Qarşıda bizi genişmiqyaslı işlər gözləyir və bu proses mərhələli şəkildə həyata keçiriləcək”.
ASK prezidenti əlavə edib ki, tədbir çərçivəsində kiçik və orta biznesin, qadın və gənc sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunacaq.
“Eyni zamanda, Təşkilata üzv olan Palataların təmsil etdikləri ölkələrdə investisiya və biznes imkanlarını təqdim etmələri üçün şərait yaradacağıq. Bu, türk dövlətləri arasında iqtisadi və biznes əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.


width="220" alt="Türk İnvestisiya Fondu və TCCİ Anlaşma Memorandumu imzalayıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />